Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Putin məktubunda qeyd edib ki, Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb, dünyada hörmət qazanıb.
Rusiya lideri Bakı ilə dostluq və müttəfiqlik münasibətlərinə önəm verdiyini vurğulayıb: “Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq və beynəlxalq məsələlərdə tərəfdaşlıq daha da inkişaf edəcək”.
Putin İlham Əliyevə cansağlığı, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıb.












