Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edib.
Dövlət başçısı bildirib: “Ərazilərimizi azad etdikdən sonra genişmiqyaslı bərpa və yenidənqurma proqramına başladıq. Bu gün Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır.”
Prezident qeyd edib ki, müxtəlif layihələr üçün dövlət büdcəsindən 15 milyard dollardan artıq vəsait ayrılıb. Ümumi investisiyaların həcmi isə 17 milyard dollara yaxındır.
“Hazırda su anbarları, su kanalları, elektrik stansiyaları, beynəlxalq hava limanları, tunellər və körpülər tikilir. İslam İnkişaf Bankı Qrupuna dəstəyə görə təşəkkür edirik”, – deyə o vurğulayıb.












