ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək. Səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçiriləcək.
Tərəflər arasında ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov bildirib ki, səfərdə Azərbaycanın maraqları nəzərə alınacaq.
O qeyd edib: "Görüşlərdə təhlükəsizlik, iqtisadi və texnoloji məsələlər, TRIPP layihəsi müzakirə oluna bilər."
Ekspert əlavə edib: "Azərbaycanla ABŞ arasında yeni razılaşmalar və əməkdaşlıq körpüsü bunu deməyə əsas verir."
TRIPP layihəsi Mərkəzi Asiyanın iqtisadi imkanlarını müzakirəyə çıxaracaq. Zəngəzur dəhlizinin açılması Azərbaycanın inkişafına təsir edəcək.
Bu layihələr sülh gündəliyinə beynəlxalq dəstək kimi qiymətləndirilir.












