Serbiya Prezidenti Aleksandar Vuçiç, WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində Azərbaycanla birgə qaz istehsal müəssisəsi istifadəyə verəcəklərini açıqladı.
O bildirdi ki, Niş şəhərində yerləşəcək bu müəssisə, iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələsidir.
Vuçiç, Azərbaycan qazının Serbiya üçün strateji əhəmiyyətini vurğuladı: "Azərbaycan qazı bizim enerji təhlükəsizliyimizdə həlledici rol oynayır."
Prezident, alternativ enerji mənbələrindən də istifadə etdiklərini, lakin Azərbaycan qazının vacibliyini qeyd etdi.












