Azərbaycan və Serbiya hökumətləri arasında Serbiyada qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş təsdiq edilib.
President.az-a istinadən xəbər verilir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Qeyd edək ki, bu saziş fevralın 15-də Belqradda imzalanıb.












