Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda 28 May - Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbriklər yer alıb.
Baş katib vurğulayıb ki, Azərbaycan xalqının ilk demokratik respublika qurması bütün Türk dünyasının fəxridir.
O, Azərbaycanın sədrliyi dövründə təşkilatın nüfuzunun artdığını və əməkdaşlığın yeni səviyyəyə çatdığını bildirib.
Omuralıyev Prezidentə təşəkkür edərək, Azərbaycanın daha da güclənəcəyinə əmin olduğunu ifadə edib.












