Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Bu barədə o, "X" hesabında paylaşım edib. Təbrikdə qeyd olunub ki, bu gün milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişaf yolunun rəmzidir.
O, ümummilli lider Heydər Əliyevin xatirəsini də ehtiramla yad edib.












