Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən Türk Dünyası Həftəsinə müraciətində Azərbaycanın türk dünyasında xüsusi yerini vurğulayıb.
Tokayev bildirib ki, ilk Türkoloji qurultayın ideyaları bu gün də aktualdır. O, ortaq mənəvi irsin qorunmasının vacibliyini qeyd edib.
Prezident alimlər arasında əməkdaşlığın gücləndirilməsinin və mədəni-humanitar tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tokayev Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.












