Bond.az White LogoBond.az Black Logo

Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe

Türküstan zirvə görüşü: Ortaq maraqlar, rəqəmsal inteqrasiya və Orta Dəhliz. Azərbaycanın strateji rolu.

Rəşad Əhmədov
Müəllif:Rəşad Əhmədov- Senior Editor
|
0

Türk dünyasının mənəvi paytaxtı hesab olunan qədim Türküstan şəhərində keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü inteqrasiyanın yeni mərhələyə keçdiyini nümayiş etdirdi.

Zirvə görüşü zamanı səsləndirilən strateji təşəbbüslər təşkilatın beynəlxalq siyasət və iqtisadiyyatda artan təsirə malik mühüm geosiyasi birliyə çevrilmək potensialını göstərdi.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, görüşdə dövlət başçıları ortaq maraqlar barədə daha konkret və praqmatik mövqe sərgilədilər:

"Nəqliyyat və logistika, rəqəmsal texnologiya, enerji və süni intellekt sahələrində əməkdaşlığa xüsusi diqqət yetirildi. Bu, mövcud qlobal dəyişikliklərdə türk dövlətlərinin əlaqələrini gücləndirmək zərurətindən irəli gəlir.

Prezident İlham Əliyev tərəfindən zirvə görüşündə qaldırılan məsələlər təşkilatın gələcək inkişaf istiqamətini müəyyən etdi. Xüsusilə, Orta Dəhlizin əhəmiyyəti ilə bağlı fikirlər mövcud geosiyasi vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir. Avropa və Asiya arasında ticarət yollarının yenidən formalaşması türk dövlətlərinə strateji üstünlük verir. Bu istiqamətdə Azərbaycan və Qazaxıstan əsas tranzit mərkəzlərinə çevrilirlər".

"Zirvə görüşünün əsas prioritetlərindən biri də rəqəmsal inteqrasiya məsələsi idi. Türk dövlətləri də texnoloji müstəqilliyə və rəqəmsal təhlükəsizliyə üstünlük verirlər. Ortaq rəqəmsal platformalar gələcəkdə iqtisadi inteqrasiyanı daha da gücləndirəcək.

Cənab Prezidentin də söylədiyi kimi, "Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır". Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik kabel layihəsi bunun bariz nümunəsidir", - deputat vurğulayıb.

Müsahibimiz görüş zamanı mədəni və humanitar əməkdaşlıq məsələlərinin də diqqətdən kənarda qalmadığını deyib:

"Türk xalqlarının ortaq tarixi irsinin qorunmasına, elm və təhsil sahəsində əlaqələrin inkişafına və gənclər arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslər təşkilatın ideoloji və mənəvi təməllərini gücləndirəcək. Zirvə görüşünün Türküstanda keçirilməsinin isə rəmzi mənası var. Bu, türk sivilizasiyasının tarixi köklərinin müasir inteqrasiya prosesləri ilə birləşməsinin göstəricisidir".

"Qeyri-rəsmi sammitin digər vacib aspekti təşkilat daxilində siyasi etimad səviyyəsinin artmasıdır. Bu, həm də təşkilatın beynəlxalq arenada nüfuzunu gücləndirir.

Türküstanda keçirilən görüşdən də göründüyü kimi, türk dövlətləri hazırda yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmayaraq ortaq geosiyasi və iqtisadi məkan yaratmağa çalışırlar. Azərbaycan isə bu prosesin təşəbbüskarlarından biri olaraq təşkilatın institusional və strateji inkişafına əhəmiyyətli töhfələr verməkdədir", - parlamentari fikrini yekunlaşdırıb.

Digər Xəbərlər
2026-07-05 19:01
|
896

Yaxın Şərq gərginliyi Azərbaycanın gücünü artırdı

Yaxın Şərqdəki gərginlik Azərbaycanın strateji gücünü necə artırdı? Baku TV-nin Yekunlaşdıraq verilişində təhlil.

0
2026-07-05 15:03
|
876

Zimbabve spikeri Azərbaycanda

Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Hava Limanında qarşılanan nümayəndə heyəti görüşlər keçirəcək.

0
2026-07-05 09:30
|
979

Paşinyan: Yeni konstitusiya gündəmdədir

Ermənistan baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulunun gündəmdə olduğunu açıqlayıb.

0
2026-07-03 20:00
|
914

Leyla Əliyeva doğum günü təbriklərinə təşəkkür etdi

Leyla Əliyeva doğum günü paylaşımı edərək təbriklərə təşəkkür edib. Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə minnətdarlıq bildirib.

0
2026-07-03 19:31
|
230

Azərbaycan PUA sahəsində regional liderdir

Azərbaycan Cənubi Qafqazda pilotsuz uçuş aparatları sahəsində liderdir. Yerli istehsal və satınalmalarla potensialını artırır.

0
2026-07-03 19:01
|
361

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rəngində

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rənglərində işıqlandırılaraq 250 illik müstəqillik yubileyini qeyd edir.

0
2026-07-03 16:33
|
258

Vilayət Eyvazovdan vacib qərar: Hərbi Prokurorluğun səlahiyyətləri azaldıldı

Daxili işlər naziri Vilayət Eyvazovun qərarı ilə hərbi prokurorluğun cinayət uçotu səlahiyyətləri DİN-ə keçirilib.

0
2026-07-03 09:18
|
404

Ermənistana 976 ton buğda tranziti

Rusiyadan Ermənistana 976 ton buğda Azərbaycan tranziti ilə göndərildi. Qatar Biləcəri stansiyasından yola düşüb.

0
2026-07-02 20:32
|
974

Leyla Əliyevanın doğum günü qeyd olunur

Leyla Əliyevanın doğum günü münasibətilə onun həyatı, fəaliyyəti və mükafatları haqqında məlumat.

0
2026-07-02 18:03
|
982

Paşinyan: Dəmir yolu bərpa olunur

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycan sərhədlərinə dəmir yolu xətlərinin bərpa edildiyini açıqladı.

0
2026-07-02 17:32
|
274

Ursula fon der Lyayen Azərbaycana səfər videosu paylaşdı

Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videonu Instagram-da paylaşaraq Cənubi Qafqaz üçün 200 milyon avroluq sülh proqramını elan edib.

0
2026-07-02 14:05
|
721

Azərbaycan-Aİ: Strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan-Aİ strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur. Deputat Səbinə Salmanova əməkdaşlığın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində genişləndiyini bildirib.

0
...