Azərbaycan Ukraynaya enerji sektorunda dəstək üçün 11 yardım paketi təqdim edib. Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bunu bildirib.
O, ötən qışın Ukrayna üçün ən çətin dövr olduğunu qeyd edib və Azərbaycanın dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər həyati vacib avadanlıqlar təqdim etdilər. Bu yardım qışı uğurla keçirməyimizə kömək etdi."
Denis Şmıqal həmçinin bildirib ki, bu dəstək növbəti qışa hazırlaşmağa da kömək edir: "Prezident İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova dərin təşəkkürümüzü bildiririk. Bu həmrəyliyi yüksək qiymətləndirir və göstərilən dəstəyə görə səmimi-qəlbdən minnətdarlığımızı ifadə edirik."












