Dörd ildir davam edən Ukrayna müharibəsi əcnəbilərin giriş-çıxış qaydalarına təsir edib. Xüsusilə keçmiş SSRİ ölkələrindən olanlar üçün bu məsələ aktuallaşıb.
Baku TV mövzunu araşdırıb. Ekspertlər bildirir ki, müharibə miqrasiya siyasətini dəyişib.
Vəkil Şəmsi Məhərrəmov tövsiyə edir: "Ukraynaya girişdə sənədlər səfər məqsədinə uyğun olmalıdır. İş üçün gedənlərdə dəvətnamə və icazə olmalıdır. Artıq Ukraynada olanlar oturum icazəsi alarkən real əsaslara diqqət etməlidir, əks halda sənədlər ləğv oluna bilər."












