BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Azərbaycana WUF13-ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, icraçı direktor Anaklaudia Rossbax bu sözləri Ümumdünya Şəhərsalma Forumunun rəsmi bağlanış mərasimi öncəsi mətbuat konfransında deyib.
O vurğulayıb ki, forum qlobal platformaya çevrilib: “İştirakçıların 55 faizi qadınlar olub. 11 dövlət başçısını və çox sayda naziri qarşıladıq. WUF13 daha uyğun vaxtda keçirilə bilməzdi. İqlim məsələlərinə də toxunduq. Mesajımız budur ki, düzgün şəhərsalma əməkdaşlıq tələb edir. “Bakı Fəaliyyətə Çağırış” sənədini yüksək qiymətləndirirəm. Bu sənəd platforma üçün əsas rol oynayacaq.”












