Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan və Avropa İttifaqının bayraqları dalğalanıb.
Ursula fon der Lyayeni hava limanında xarici işlər naziri Ceyhun Bayramov, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.












