Serbiya Prezidenti Aleksandar Vuçiç WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində çıxış edib.
O, Azərbaycan xalqına möhtəşəm qonaqpərvərliyə görə təşəkkür edib: "Həmçinin Bakıda unudulmaz qəbul və tədbirə görə Prezident İlham Əliyevə təşəkkür edirəm."
Vuçiç vurğulayıb: "Bakıya hər dəfə gələndə böyük dəyişikliklərə şahid oluram. İlham Əliyevin insanlarına bağlılığı, qətiyyəti inanılmaz tərəqqinin səbəbkarıdır."
O, WUF13-ün Bakının dünya paytaxtına çevrilməsinin sübutu olduğunu bildirib.












