Ağdərə şəhərində keçirilən Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar.
AZƏRTAC-a istinadən xəbər verilir ki, iclas iştirakçılarına 'Fruit Valley' MMC və 'Yard Agro' MMC-nin layihələri barədə məlumat verilib.
Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.












