Milli Məclis "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, kənd təsərrüfatı fəaliyyətinə mane olan kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Dəyişikliklə ağac və kol anlayışları da dəqiqləşdirilir. Ağac - oduncaqlaşmış bir əsas gövdəyə malik çoxillik bitki, kol isə aydın müəyyən edilmiş əsas gövdəsi olmayan çoxillik bitki kimi tərif edilir.
Kolların kəsilməsi üçün ərizəçi müvafiq orqana məlumat verməlidir. 10 təqvim günü ərzində irad bildirilmədikdə, kəsməyə icazə verilir. Yalan məlumat vermək qadağandır.
Layihə üçüncü oxunuşda qəbul edilib.












