Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews"-ə müsahibəsində yeni yataqdan qaz hasilatına gələn ay başlanılacağını açıqlayıb.
"Biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında yerinə yetirmişik", - deyə dövlət başçısı vurğulayıb.
Prezident qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqdan danışaraq, Azərbaycanın premium bazar olaraq Avropaya ehtiyacı olduğunu, Avropanın isə alternativ təchizat mənbəyi kimi Azərbaycana ehtiyac duyduğunu bildirib.












