Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrik məktubu President.az tərəfindən yayımlanıb.
Zelenski məktubunda Azərbaycanın beynəlxalq nüfuzundan və regional əməkdaşlıqdakı rolundan bəhs edib. O, enerji, logistika və iqtisadiyyat sahələrində əməkdaşlığın önəmini vurğulayıb.
Ukrayna lideri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji yardımına, İrpen şəhərinin bərpasındakı iştirakına görə minnətdarlığını bildirib. O, dövlətlərarası münasibətlərin strateji xarakter daşıdığını qeyd edib.
Zelenski Ukraynanın Azərbaycanın suverenliyini dəstəklədiyini vurğulayıb. O, Qara dəniz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin qorunması prinsipinə sadiq olduğunu bildirib.
Prezident Zelenski gələcəkdə energetika, logistika və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib. O, prezident Əliyevə cansağlığı və uğurlar arzulayıb.











