Zimbabvenin vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa WUF13 Liderlər Sammitində çıxış edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib və WUF-un əhəmiyyətini vurğulayıb.
Vitse-prezident bildirib ki, dayanıqlı yaşayış məskənləri üçün Forumun inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir: "Biz birlikdə həll yolları tapmalıyıq. Dünyada 3 milyard insanın evi yoxdur."
Zimbabvedə 1.5 milyon mənzil çatışmazlığı var idi, lakin 2020-2025-ci illərdə bu azaldı. 2026-2030-cu illərdə daha 1 milyon mənzil tikilməsi planlaşdırılır.












