Bakıda sərnişinlər 108A nömrəli marşrut avtobusunun son dayanacağa girməməsindən şikayət edirlər.
Vətəndaşlar Oxu.Az-a bildiriblər ki, sürücülər Goradildə qəbiristanlığın yanında sərnişinləri endirir: "Sürücü yolun vəziyyətinin pis olduğunu deyərək bizi qəbiristanlıq yanında düşürür, son dayanacağa getmir".
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, yol örtüyünün yararsız olması səbəbindən avtobuslar həmin hissəyə daxil ola bilmir. Müvəqqəti olaraq 108A marşrutu üzrə avtobuslar "Dəniz" marketdən sağa dönərək bağlar tərəfdən, hərbi sanatoriyanın yanından geri dönür. Məlumat "BakuBus"-un Telegram kanalında paylaşılıb.











