H.Z.Tağıyev-Sahil avtomobil yolu bərbad vəziyyətdədir. Xüsusilə, Qızıldaş qəsəbəsindən Müşfiqabad qəsəbəsinə qədər olan hissə tamamilə sıradan çıxıb.
R6 magistralında işıqlandırma sistemi olmadığından gecə qəza riski yüksəkdir. 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilən 42 km-lik xətt 12 ildir bərpa edilmir.
Sürücülər problemləri belə ifadə edir: "Maşın cəmi iki reys edəndən sonra diski, hava yastıqlarını və rezin hissələri dəyişməli oluruq. Bu yol çox işləkdir və mütləq təmir olunmalıdır."
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, yolun vəziyyəti monitorinq edilir və yaxın vaxtlarda cari təmir işləri aparılıb. Gələcəkdə əsaslı təmir üçün təkliflər hazırlanacaq.












