Şəhid ailəsi üzvləri üçün təşkil olunan müəllim iş yeri dəyişikliyi müsabiqəsinin nəticələri açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, 21-22 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.
Elektron yerləşdirmə nəticəsində 14 şəhid ailəsi üzvü müəllim iş yerini dəyişmək hüququ qazanıb.
Növbəti mərhələdə uğurlu namizədlərin sənədləri yoxlanılacaq və təsdiqdən sonra yeni vəzifələrinə təyin olunacaqlar.












