Bond.az White LogoBond.az Black Logo

23 mindən çox bakalavr magistraturaya II cəhd imtahanı verir

Bu gün 23 mindən çox bakalavr magistraturaya II cəhd imtahanı verir. DİM 7 şəhərdə 92 binada imtahan təşkil edir.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.

Oxu.Az xəbər verir ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq.

İmtahan vermək üçün 23 min 89 bakalavr ərizə təqdim edib. Onlardan 21 min 372 nəfəri Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır.

Bu imtahanda 23 nəfər sağlamlıq imkanları məhdud bakalavr da iştirak edəcək. Onların rahat imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillərə fərdi nəzarətçilər təyin edilib.

İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır.

Magistraturaya qəbul imtahanında xarici dil dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan müddəti 3 saat 30 dəqiqədir.

Nəticələr 2 mərhələdə elan olunacaq. İmtahana mobil telefon və digər elektron cihazlar gətirmək qadağandır.

Bakalavrlar imtahana şəxsiyyəti təsdiq edən sənəd və buraxılış vərəqəsi ilə gəlməlidirlər.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...
23 mindən çox bakalavr magistraturaya II cəhd imtahanı verir | Bond.az