Azərbaycandan Həcc ziyarətinə yola düşən üçüncü və dördüncü zəvvar qrupu Məkkəyə çatıb.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, dünən yola düşən təyyarələr gecə saatlarında Məkkəyə eniş edib.
Zəvvarlar hazırda həcc əməllərini yerinə yetirirlər. Ərəfə gününə qədər sərbəst fəaliyyət göstərəcəklər.
Beşinci zəvvar təyyarəsi artıq yola çıxıb. Altıncı təyyarə isə axşam saatlarında havaya qalxacaq.












