DTX rəisinin müavini Şərafət Həsənov beynəlxalq konfransda bildirib ki, Qarabağda 32 kütləvi məzarlıq aşkar edilib.
Aparılan işlər nəticəsində 893 insan qalığı tapılıb. Onlardan 327 nəfərin kimliyi müəyyən edilib, 226 nəfər dəfn olunub.
Hazırda 3683 nəfər itkin sayılır. Toplanan bioloji nümunələrlə DNT profilləri çıxarılır.
Birinci və İkinci Qarabağ müharibələrində ümumi itkin sayı 4010 nəfərdir. Onlardan 3222 hərbçi, 782 mülki şəxsdir.











