Bond.az White LogoBond.az Black Logo

4SRP təşəbbüsü WUF13 sənədlərində dəstəkləndi

4SRP təşəbbüsü WUF13 yekun sənədlərində dəstəkləndi. Azərbaycanın Böyük Qayıdış çərçivəsində formalaşdırdığı şəhərsalma modeli beynəlxalq səviyyədə təsdiqləndi.

Xəyalə Məmmədova
Müəllif:Xəyalə Məmmədova- Senior Editor
|
0

Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yekun sənədlərin qəbulu ilə başa çatıb.

WUF13, Azərbaycanın "Böyük Qayıdış" çərçivəsində formalaşdırdığı şəhərsalma modelinin beynəlxalq standartlara çevrilməsi yolunda mühüm mərhələ oldu.

Forum tərəfindən qəbul edilən "Bakı Fəaliyyətə Çağırış" və nazirlər görüşünün yekun sənədində Azərbaycanın irəli sürdüyü "Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşma Həlləri Paketi" (4SRP) təşəbbüsü dəstəklənib.

Yüksəksəviyyəli görüşün xülasəsində nazirlər 4SRP təşəbbüsünü alqışlayıblar. Qlobal miqyasda növbəti iki il üçün şəhərsalma siyasəti üzrə tövsiyələri ehtiva edən "Bakı Fəaliyyətə Çağırış"da 4SRP-nin əsas məqsədləri təsdiqlənib.

4SRP, 19 may 2026-cı ildə WUF13 çərçivəsində keçirilən yüksəksəviyyəli paneldə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən UN-Habitat, BMqT və Baku Hub ilə birgə irəli sürülüb.

Təşəbbüs iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, məcburi köç, münaqişə və humanitar həssaslıq kimi çağırışlara inteqrasiya olunmuş şəhərsalma və bərpa yanaşmalarının hazırlanmasını nəzərdə tutur.

Təşəbbüs tərəfdaşları qeyd edir ki, beynəlxalq standartların formalaşdırılmasında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi bərpa işləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi təcrübəsindən istifadə olunacaq.

4SRP postmünaqişə və həssas regionlar üçün şəhərsalma modellərinin hazırlanması, beynəlxalq təşviqi və iqlim maliyyəsinə çıxış imkanlarının asanlaşdırılması üçün platforma kimi qiymətləndirilir.

Digər Xəbərlər
Bu gün / 11:02
|
200

Cövdət Hacıyevin doğum günü

Cövdət Hacıyevin həyatı və yaradıcılığı haqqında məqalə. Dahi bəstəkarın doğum günü münasibətilə.

0
Bu gün / 11:01
|
403

Gəncədə 12 min manatlıq dələduzluq

Gəncədə avtomobil alqı-satqısı adı ilə 12 min manatlıq dələduzluq edən şəxs 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildi.

0
Bu gün / 10:32
|
544

AYB-yə qəbul dayandırıldı

Azərbaycan Yazıçılar Birliyi 2027-ci ilə qədər yeni üzvlərin qəbulunu dayandırıb. Üzvlük haqqı 15 manat olmaqla, ödəniş etməyənlər xaric edilib.

0
Bu gün / 10:31
|
794

Agentliyin departament müdiri SOCAR-da yüksək vəzifəyə təyin olundu

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Yalçın Niftiyev SOCAR-da vitse-prezidentin müavini təyin olundu.

0
Bu gün / 10:30
|
881

Sumqayıtda su kəsilməsinin səbəbi açıqlandı

Sumqayıtın 18-ci mikrorayonunda su kəsilməsinin səbəbi qəza ilə bağlıdır. Təmir işləri axşam tamamlanacaq.

0
Bu gün / 10:01
|
684

Sabah çimərliklərdə hava necə?

Abşeron çimərliklərində sabah hava şəraiti: iyunun 19-da küləkli, dəniz suyu 21-24° dərəcə isti.

0
Bu gün / 10:01
|
546

Həyətdəki quyulara görə ödəniş? Rəsmi cavab

Həyətdəki quyulara görə ödəniş edilib-edilməyəcəyi barədə rəsmi açıqlama. ADSEA bildirib ki, ödəniş yalnız sahibkarlar üçündür.

0
Bu gün / 08:32
|
381

İƏT: Süni intellekt insan münasibətlərini əvəz etməməlidir

İƏT rəsmisi Hadi bin Əli əl-Yami Bakı sammitində süni intellektin insan hüquqları çərçivəsində inkişaf etdirilməli olduğunu vurğulayıb.

0
Bu gün / 08:30
|
285

Rəna Məmmədova TƏBİB-də müşavir təyin edildi

Rəna Məmmədova TƏBİB İcraçı direktorun müşaviri təyin edildi. O, tibb üzrə fəlsəfə doktorudur.

0
Bu gün / 08:30
|
744

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıtda tanınmış tarix müəllimi Qalib Məmmədov vəfat edib. O, 33 nömrəli məktəbdə çalışırdı.

0
Bu gün / 08:03
|
274

Yanlış ölçmələr sağlamlıq riski yaradır

Xamis Seyranov: Yanlış laborator ölçmələri insan sağlamlığı üçün risk yaradır. Metroloji xidmətlərin rolu mühümdür.

0
Bu gün / 07:32
|
673

Fərhad Abdullayev: Süni intellekt insan hüquqları standartlarına uyğun qiymətləndirilməlidir

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev süni intellektin inkişafının insan hüquqları standartları çərçivəsində qiymətləndirilməli olduğunu vurğulayıb.

0
...
4SRP təşəbbüsü WUF13 sənədlərində dəstəkləndi | Bond.az