Sənədsiz evlər problemi yenidən diqqət mərkəzindədir. Milli Məclisdə deputat Kamal Cəfərov tərəfindən bu evlər üçün amnistiya təklifi irəli sürülüb.
Rəsmi məlumatlara görə, ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Hüquqi statusun olmaması vətəndaşları qeydiyyat, kommunal təminat, vərəsəlik və alqı-satqı kimi fundamental mülkiyyət hüquqlarından məhrum edir.
Nəticədə, mülklərin bazar dəyəri 20-30% ucuzlaşır, banklar onları girov qəbul etmir və bu mülklər iqtisadi fəaliyyət üçün kapitala çevrilə bilmir.
Problemin həlli üçün Türkiyənin 2018-ci ildə 7 milyon evi əhatə edən "İmar Barışı" proqramına istinad edilərək, ölkəmizdə də oxşar dövlət proqramının icrası təklif olunur.












