Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma nəticələrini açıqlayıb.
Ümumi məlumata görə, 9 334 müəllim uğursuz nəticə göstərib.
7 947 müəllim 60 yaşını tamamlayaraq əmək fəaliyyətini başa vurub.
52 194 müəllim 30-50 bal toplayaraq qənaətbəxş nəticə göstərib.
25 508 müəllim 51 və daha yuxarı bal toplayaraq yüksək nəticə göstərib.
6 493 müəllim isə pedaqoji stajı 3 ili tamamlamadığı üçün ayrıca kateqoriyaya daxil edilib.
Nazir bildirib ki, vakant dərs saatlarının bölgüsü iki istiqamətdə aparılır: mövcud müəllimlər arasında bölüşdürülür və yeni müəllimlər MİQ müsabiqəsi ilə cəlb olunur.












