Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Hadisə bu gün səhər saat 06:30 radələrində qeydə alınıb.
BYD markalı avtomobil "Toyota Prius" ilə toqquşub. Zərbədən BYD aşıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib, xəsarət alan yoxdur.












