“Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək lazımdır”.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ABŞ Konqresində “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” konfransı barədə danışıb.
O bildirib ki, Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Konfransda ABŞ-də yaşayan tədqiqatçılar, hüquqşünaslar və dekolonizasiya üzrə ekspertlər iştirak edib.
“Biz onlarla aylar öncə danışıqlar apardıq, açıq mənbələrdən tarixi və hüquqi faktları təqdim etdik. Ekspertlər obyektiv mövqe ortaya qoydular”.
İki əsas məqam vurğulanıb: Azərbaycanın ərazi iddiası yoxdur; Ermənistanın suverenliyinə toxunulmur. Məsələ hər bir vətəndaşın fundamental qayıdış hüququdur.
1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və 1951-ci il Qaçqınların statusuna dair Cenevrə Konvensiyası əsasında hüquqlar təmin edilməlidir. Ermənilər məsələni mürəkkəbləşdirsə də, sadəcə insanların təhlükəsiz qayıdışı təmin olunmalıdır.












