Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək.
O, bu sözləri Bakı Dövlət Universitetində keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda deyib.
Abbasov qeyd edib ki, son beş ayda BTQ iki beynəlxalq konfrans təşkil edib və birgə hesabat BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasında təqdim olunub.












