Azərbaycanda siqaret çəkmə qaydaları ilə bağlı çaşqınlıq var. Bəzi vətəndaşlar parklarda və açıq havada siqaret çəkib-çəkməyəcəklərini bilmir.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna əsasən, siqaret çəkmək qadağan olan yerlər dəqiq müəyyən edilib.
Qadağan olan yerlər: təhsil, tibb müəssisələri, uşaq meydançaları, ictimai iaşə obyektləri, nəqliyyat vasitələri, liftlər və s.
Lakin qanun açıq havada, xüsusən parklarda siqaret çəkməyi qadağan etmir. Ancaq qadağan olunmayan yerlərdə də başqalarını narahat etməmək tövsiyə olunur.
Siqaret çəkmək üçün xüsusi ayrılmış yerlər də ola bilər. Qaydaları pozanlar 30 manat cərimə olunur.












