İşğal zamanı donuzçuluq üçün istifadə edilən Ağdam İmarət Kompleksi bərpa edilib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, kompleksin şöbə müdiri Aynurə Cəfərova bildirib: "Pənahəli xanın inşa etdirdiyi bu tarixi abidə düşmən tərəfindən dağıdılmış, hətta donuzçuluq təsərrüfatına çevrilmişdi".
İşğaldan azad olunduqdan sonra Prezidentin diqqəti sayəsində kompleks əvvəlki simasına qaytarılıb. Tarixi binalarda ən yeni nanotexnologiyalar tətbiq olunub, həm yerli, həm də xarici qonaqlar üçün hər cür şərait yaradılıb.












