Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti məlum olub.
TƏBİB-dən Oxu.Az-a bildirilib ki, iyunun 18-də saat 23:00-da dörd nəfər (bir kişi, üç qadın) Ağdam RMX-nın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Yaralılara açıq yaralar və travmalar diaqnozu qoyulub, zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxşdir, müalicələri davam edir.
Qeyd edək ki, hadisə VAZ-2106 avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Maşın yol kənarında olan dörd piyadanı vurub.












