Ağdam şəhər 1 nömrəli tam orta məktəbində AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı keçirilib.
Tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Məktəb direktoru Günel Vəliyeva portalın uşaqların intellektual inkişafındakı rolunu vurğulayıb.
Bölmə müdiri İradə İsayeva portalın 2013-cü ildə yaradıldığını bildirib.
Portalda cizgi filmləri, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və uşaq yaradıcılığı yer alır.
Videoçarx izlənilib, şagirdlərin sualları cavablandırılıb.
Məktəblilər portalı faydalı və zəngin mənbə kimi qiymətləndiriblər.












