Bond.az White LogoBond.az Black Logo

Altı min manatlıq əlillik vədi, 2500 manatlıq iş təmini: dələduzluq

Çimnaz Feyzullayeva 6 min manat əlillik vədi və 2500 manat iş təmini ilə vətəndaşları aldadıb. Daxili İşlər Nazirliyi araşdırma aparır.

Arzu Qasımova
Müəllif:Arzu Qasımova- Senior Editor
|
0

Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə vətəndaşlar dələduzluqda təqsirləndirilən Çimnaz Feyzullayeva ilə bağlı şikayətlərini bildiriblər.

Şikayətçilərin iddialarına görə, Ç.Feyzullayeva müxtəlif vədlərlə onlardan pul alıb. Zərərçəkən Sahibə Nəzərova bildirir ki, uzun illərdir ağır xəstə olan anasına əlillik dərəcəsinin təyin olunması üçün dəfələrlə müraciət etsə də, müxtəlif səbəblərlə imtina cavabı alıb. Onun sözlərinə görə, bu zaman Çimnaz Feyzullayeva özünü TƏBİB-in vəzifəli əməkdaşı kimi təqdim edərək problemi həll edə biləcəyini deyib.

İddiaçı qeyd edir ki, Feyzullayeva sənədlərin düzgün şəkildə hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriləcəyini və bunun nəticəsində əlillik təyinatının həll olunacağını vəd edib və bu məqsədlə ondan 6 min manat pul alıb. Şikayətçi deyir ki, sonradan nə zənglərə cavab verilib, nə də vəsait geri qaytarılıb. Onun sözlərinə görə, məsələni ictimailəşdirəcəyini bildirdikdə isə təhdidlərlə üzləşib.

Digər şikayətçi Xəqani Həsənov isə iddia edir ki, Çimnaz Feyzullayeva həyat yoldaşını işlə təmin edəcəyini deyərək ondan 2 500 manat alıb. Vətəndaşın sözlərinə görə, nə iş məsələsi həll olunub, nə də verilən pul geri qaytarılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, aparılan araşdırmalar zamanı 53 yaşlı Çimnaz Feyzullayevanın vətəndaşları müxtəlif vədlərlə aldadaraq pul vəsaitlərini ələ keçirməsi müəyyən edilib. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə beş epizod üzrə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Digər Xəbərlər
Bu gün / 18:01
|
370

Sərhəddə yeni dəyişikliklər: Gömrük rəisi danışdı

Azərbaycan-Gürcüstan sərhəddində birgə nəzarət məntəqəsi layihəsi davam edir. Gömrük rəisi Şahin Bağırov yeni dəyişikliklər barədə danışıb.

0
Bu gün / 17:32
|
460

Lənkərandakı məktəb acınacaqlı vəziyyətdə - 900 şagird təhlükədə

Lənkərandakı 10 saylı məktəb qəzalı vəziyyətdədir, 900 şagird təhlükə altında təhsil alır.

0
Bu gün / 16:32
|
987

Sabirabadda ağır qəza: yaralıların son durumu

Sabirabadda baş verən ağır yol qəzasında yaralanan 4 nəfərin son durumu açıqlandı. Biri xəstəxanada müalicə alır, qalanları evə buraxılıb.

0
Bu gün / 15:03
|
977

Ağstafanın yarısında qaz olmayacaq

Ağstafanın yarısında iyunun 29-da qaz olmayacaq. Payız-qış mövsümünə hazırlıq üçün təmir işləri aparılacaq.

0
Bu gün / 15:02
|
253

Dövlət sifarişi ilə təhsil alan tələbə sayı açıqlandı

Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə sayı: bakalavriatda 28 421, magistraturada 6 674 nəfər. 2025/2026 tədris ili üçün rəsmi məlumat.

0
Bu gün / 15:00
|
768

Dövlət Proqramında rəqəmsal dönüş

Dövlət Proqramının müsahibə mərhələsində qiymətləndirmə prosesi ilk dəfə elektron sistem vasitəsilə həyata keçirilib.

0
Bu gün / 14:31
|
860

İmtahan stresinin əsl səbəbi: Günah valideynlərdə? | Bond.az

İmtahan stresinin əsl səbəbi valideynlərdə ola bilər? Təhsil ekspertləri və deputat Ceyhun Məmmədov müzakirə edir.

0
Bu gün / 13:30
|
793

73 min müəllimə əməkhaqqı artımı

Sertifikatlaşdırma nəticəsində 73 mindən çox təhsilverənin əməkhaqqı artırılıb. Elm və Təhsil Nazirliyi məlumat yayıb.

0
Bu gün / 13:01
|
369

Aqşin Fatehin restoranı bağlandı

Meyxanaçı Aqşin Fatehin yeni açdığı "By Fateh" restoranı FHN yoxlamasından sonra bağlanıb. Qapı möhürlənib, fəaliyyəti dayandırılıb.

0
Bu gün / 11:01
|
813

Bakıda türkman irsi forumu keçirildi

Bakıda keçirilən II Türkman İrsi Forumunda türkman irsinin qorunması, Kərkükşünaslıq fakültəsi və birgə layihələr müzakirə edildi.

0
Bu gün / 10:04
|
327

Vicdanlı alıcı statusu nə vaxt itirilir?

Məhkəmə təcrübəsində vicdanlı alıcı statusunun itirilməsi halları, saxta sənədlərlə əmlak satışı, Ali Məhkəmənin izahatları.

0
Bu gün / 10:03
|
237

Mercedes sürücüsü saxlanıldı, 20 gün həbs edildi

Şamaxı sakini Elçin Sadıqov sürücülük hüququ məhdudlaşdırıldığı halda Mercedes idarə edərkən saxlanılıb və 20 gün həbs edilib.

0
...