Bakıda binaların üzərindəki aqlay daşları təhlükə mənbəyinə çevrilib. Son illər qopan daşlar avtomobillərə ziyan vurub, insan ölümünə səbəb olub.
Nəsimi rayonunda gecə saatlarında aqlay daşları avtomobillərin üzərinə düşüb. Sakinlərdən biri deyir: "Bir dəfə də qadının üstünə düşdü, yaralandı. Bu bina təhlükəlidir."
Fövqəladə Hallar Nazirliyi bildirib ki, fasad təhlükəsizliyi layihə mərhələsində təsdiqlənir, lakin bu məsələ onların səlahiyyətində deyil.












