AQTA işğaldan azad edilmiş rayonlarda səyyar heyvan kəsimi məntəqələri quracaq.
Bu barədə agentliyin şöbə müdiri Qalib Əbdüləliyev brifinqdə bildirib.
Qurbanlıq heyvanlar baytarlıq nəzarəti altında kəsiləcək. Ağdam, Cəbrayıl, Füzuli və Laçında xidmət təşkil olunacaq.
Baytarlıq sənədi olmadan heyvan daşınması qadağandır. Vətəndaşlar şübhəli halları 1003-ə bildirə bilər.












