Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşları bu gündən bərpa edib.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri həyata keçiriləcək.
Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə gərginlik səbəbindən bu istiqamətdə uçuşlar müvəqqəti dayandırılmışdı.












