Azərbaycan Tibb Universitetinin nevroloqları Türkiyənin İstanbul şəhərində keçirilən "I Multipl skleroz" konqresində iştirak ediblər. Professor Aytən Məmmədbəyli rəhbərliyindəki heyət dağınıq skleroz (MS) üzrə ən son tədqiqatları təqdim edib.
Konqresdə MS-in patogenezi, neyroradiologiya, müalicə üsulları və biomarkerlər müzakirə olunub. Alimlər yeni əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Fatimə Əliyevanın "Süni intellekt və MS diaqnostikası" mövzusunda məruzəsi böyük maraq doğurub. O, AI modellərinin MRT analizi, erkən diaqnoz və fərdiləşdirilmiş müalicədə rolunu izah edib.
Konqres Azərbaycan nevrologiyasının beynəlxalq səviyyədə tanıdılması və gələcək əməkdaşlıqlar üçün mühüm addım olub.












