Azərbaycanda əkin sahələrindən səmərəli istifadə üçün yeni mexanizm tətbiq olunacaq. Torpaqların konsolidasiyası prosesi Milli Məclisdə müzakirə olunur.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası, mülkiyyətçilərin razılığı ilə torpaq sahələrinin birləşdirilməsi, bölünməsi və sərhədlərinin yenidən müəyyən edilməsini əhatə edir. Bu proses həmçinin infrastrukturun təkmilləşdirilməsini də nəzərdə tutur.
Konsolidasiya layihəsi əsasında torpaq sahələrinin yeni sərhədləri müəyyən ediləcək. Dəyər fərqi olduqda kompensasiya ödəniləcək.












