Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə aparılan monitorinqlərin nəticələrini açıqlayıb.
Monitorinqlər 2025-ci ilin noyabr-dekabr və 2026-cı ilin yanvar-may aylarında həyata keçirilib. Su-bataqlıq əraziləri, milli parklar, qoruqlar, ovçuluq təsərrüfatları və quşçuluq müəssisələri yoxlanılıb.
Vəhşi quşlardan və ev quşlarından nümunələr götürülərək laborator müayinələr aparılıb. Heç bir nümunədə quş qripi və Nyukasl xəstəliyi aşkarlanmayıb.
AQTA bildirib ki, ölkə ərazisində bu xəstəliklərə yoluxma halı qeydə alınmayıb. Baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri də keçirilib.












