Rəqabət qanunvericiliyini pozan "Azərişıq" ASC-nin bir neçə regional enerji təchizatı idarəsinin rəhbərləri və müavinləri maliyyə cəzası alıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Azərişıq"-a elektrik enerjisi təchizatında qanunvericiliyə riayət etməyi tapşırıb.
Agentlik bildirib ki, "Azərişıq" ASC tərəfindən abonentlərlə işin effektiv təşkili istiqamətində zəruri addımlar atılır.
Dövlət Agentliyi təbii inhisar fəaliyyətləri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir.
Vətəndaş müraciətləri əsasında aparılan araşdırma nəticəsində "Azərişıq" barəsində iş qaldırılıb və maliyyə sanksiyaları tətbiq edilib.












