Bakının Babək prospektinin sıx hərəkətli hissəsində piyada keçidinin olmaması sakinlər üçün təhlükə yaradır.
"Xəzər" TV-yə istinadən bildirilir ki, hər gün yüzlərlə insan bu yolu qorxu ilə keçir.
Sakinlər deyir ki, piyada keçidi olmadığına görə burada dəfələrlə qəza baş verib.
AYNA-dan bildirilib ki, yolun eni 14 metrdən çox olduğu üçün piyada keçidi quraşdırılması düzgün hesab edilmir.











