Yay aylarında bağ evlərinə tələbat artıb. Lakin kirayəçilər səs-küylə qonşuları narahat edir.
Buzovna qəsəbəsində bir bağ evi gecə saatlarına qədər davam edən səs-küy mənbəyinə çevrilib. Sakinlər dəfələrlə ev sahibinə müraciət etsələr də, nəticə almayıblar.
Görgü şahidləri bildirir ki, kirayəçilər hovuzda və küçədə nalayiq davranışlar nümayiş etdirir, sürətli maşın sürürlər. Bu isə uşaqlar üçün təhlükə yaradır.
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, gecə 00:00-dan 07:00-dək səs-küy İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsini pozur. Cərimə fiziki şəxslər üçün 150-200 manat, vəzifəli şəxslər üçün 2000-2500 manat təşkil edir.












