Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Pearls Kids" uşaq bağçasının damında qanunsuz tikinti aparıldığı iddia edilir.
Şikayətçilər bildirir ki, tikinti zamanı uşaqların təhlükəsizliyi üçün heç bir tədbir görülməyib.
Xəzər TV-yə istinadən xəbər verilir ki, məsələ sosial şəbəkələrdə də gündəmə gəlib.
Bağça rəhbərliyi tikintinin qanuni olduğunu desə də, sənəd təqdim etməyib.
Suraxanı Rayon İcra Hakimiyyəti tikintinin dayandırılmasını tövsiyə edib və dövlət qurumlarına məlumat verib.












