Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını ödəmək üçün 6-7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
ADY-nin məlumatına görə, sərnişinlər biletləri 10% endirimlə kassalardan, rəsmi saytdan və ya "ADY Mobile" tətbiqindən ala bilər.
Qeyd edək ki, Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər mövcuddur.












