Sosial şəbəkələrdə "8-ci kilometr bazarı"nda Ermənistan istehsalı olan "Lori" pendirinin satılması ilə bağlı iddialar yayılıb.
Satıcılardan biri məhsulun Gürcüstandan gətirildiyini bildirib. Lakin jurnalist İlhamə Nasir qeyd edir ki, məhsulun üzərində nə Azərbaycan dilində məlumat, nə də istehsalçı qeyd olunub.
Nasir deyir: "Məhsulun üzərində erməni dilində 'Lori pendiri' yazılıb. Lori mahalı Qərbi Azərbaycanın tarixi bölgəsidir. Əksər insanlar erməni və gürcü əlifbalarını ayırd edə bilmir, satıcı bundan istifadə edir."
Baku TV-nin sorğusunda vətəndaşlar etiketsiz qida məhsullarına nəzarətin gücləndirilməsini tələb ediblər.
AQTA faktı araşdırdığını və əlavə məlumat veriləcəyini bildirib.












