Bond.az White LogoBond.az Black Logo

Bakı-Tbilisi-Bakı qatar bilet qiymətləri dəyişə bilər

Bakı-Tbilisi-Bakı qatarının bilet qiymətləri İsveçrə frankına görə dəyişə bilər. Rəsmi açıqlama və yeni vaqonlar haqqında məlumat.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Mayın 26-dan fəaliyyətini bərpa edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında bilet qiymətləri dəyişə bilər. Bu barədə Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O, bilet qiymətlərinin İsveçrə frankına uyğun tənzimlənməsinə aydınlıq gətirib. Şöbə müdiri bildirib ki, bu proses qatarlarla beynəlxalq daşımalarda tətbiq olunan yanaşmadır: "Bütün beynəlxalq marşrutlar üzrə qiymət İsveçrə frankının yerli məzənnəyə nisbəti əsasında hesablanır. Bu da onu göstərir ki, İsveçrə frankının məzənnəsi yerli valyutaya nisbətən dəyişərsə, bu dəyişiklik bilet qiymətlərinə də təsir edəcək. Təbii ki, bu prosesdə böyük təsirdən söhbət gedə bilməz. Ümumiyyətlə, biletin qiyməti müəyyən olunarkən xidmət, keyfiyyət və təhlükəsizlik məsələləri də nəzərə alınır".

B.Hacıyev bildirib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının bilet qiymətlərini 2019-cu ildəki qiymətlərlə müqayisə etmək düzgün deyil: "Həmin dövrdəki daşınma ilə indiki, 'Stadler' şirkətinin istehsalı olan vaqonlarla həyata keçirilən daşınmanı müqayisə etmək doğru deyil. Çünki həmin dövrdə mövcud olan daşınma sinifləri indiki daşınmada yoxdur. Təxmini olaraq, həmin vaxtın kupe sinfini indiki komfort sinfi ilə, SV sinfini isə lüks sinfi ilə eyniləşdirmək olar. Amma buradakı komfort sinfi əvvəlki kupe sinfindən qat-qat keyfiyyətlidir. İndiyədək Azərbaycan dəmir yollarında belə bir sinif olmayıb. İlk dəfədir ki, komfort, komfort-plus və lüks sinif vaqonların hər kupesində ayrıca sanitar qovşağı və duş kabinəsi mövcuddur. Bu, indiyədək heç bir qatarda olmayıb".

Digər Xəbərlər
Bu gün / 01:00
|
631

Projektordan istifadə: Qanun nə deyir?

Avtomobillərdə projektordan istifadə qaydaları haqqında qanun nə deyir? Yaşayış məntəqələrində və kənarda istifadə şərtləri.

0
Dünən / 21:01
|
714

Azərbaycan ilk baytarlıq vaksinini istehsal edəcək

Azərbaycan bu ilin sonunadək ilk yerli baytarlıq vaksini istehsal edəcək. Quduzluğa qarşı vaksinlər beynəlxalq standartlara uyğundur.

0
Dünən / 20:31
|
679

Göygöldə su problemi: əsasən Yeni Qızılca kəndində

Göygölün Yeni Qızılca kəndində illərdir davam edən içməli su problemi sakinləri narahat edir. Suyun keyfiyyətsizliyi və təchizatın olmaması əsas şikayətlərdəndir.

0
Dünən / 19:31
|
558

Heyvanlar birjalarda satılacaq

Azərbaycanda heyvan bazarları birja formasına keçirilir. AQTA sədri bildirib ki, 28 bazar standartlara cavab vermir.

0
Dünən / 19:01
|
704

Bakıda qeyri-adi hadisə - Toyota Prius pilləkəndə qaldı

Bakıda qeyri-adi hadisə: Toyota Prius yaşayış binasının pilləkənlərində qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərə görə, sürücü avtomobili səkidən endirərkən ilişib.

0
Dünən / 18:31
|
441

Xəzər dənizi sürətlə kiçilir: rəsmi rəqəmlər

Xəzər dənizinin su səviyyəsi sürətlə azalır. Azərbaycan rəsmisi Əliağa Əzizov son 30 ildə 2.5 metr enmə olduğunu bildirib.

0
Dünən / 18:01
|
900

Ən çox saxtalaşdırılan məhsullar siyahısı

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar: spirtli içkilər, bal, kürü, kənd toyuğu. AQTA rəhbəri saxtakarlıq hallarından danışıb.

0
Dünən / 17:31
|
572

Doqquz ton uşaq qidası geri qaytarıldı

Azərbaycana idxal edilən 9 tondan çox uşaq qidası təhlükəli toksinlər səbəbindən ixracatçı ölkələrə geri qaytarılıb. AQTA sədri Qoşqar Təhməzli məlumat verib.

0
Dünən / 17:01
|
512

Türkmənistan 'Dostluq' tankerini təmtəraqla qarşıladı

Azərbaycanın hədiyyə etdiyi 'Dostluq' tankeri Türkmənbaşı limanına çatdı, təmtəraqlı qarşılama tədbiri keçirildi.

0
Dünən / 17:00
|
348

Sabah bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr olacaq. Qaz sızması aradan qaldırılacaq.

0
Dünən / 16:01
|
805

Yağış çimərlik biznesini vurdu

Yağışlı hava çimərlik biznesinə zərbə vurub. Novxanı çimərliklərində müştəri sayı kəskin azalıb.

0
Dünən / 15:02
|
540

Yeni Yasamal sakinləri su kəmərlərindən şikayətçi

Yeni Yasamal sakinləri magistral su kəmərlərinin səs-küy və vibrasiyasından şikayətçidir. Su təchizatı xidməti texniki səbəblərə görə qurğuların yerləşməsinin dəyişdirilə bilməyəcəyini bildirir.

0
...
Bakı-Tbilisi-Bakı qatar bilet qiymətləri dəyişə bilər | Bond.az