Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından Azərbaycana yola salınıb. Oxu.Az “Report”a istinadən xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.
Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.












